Mövlud Çavuşoğlu: “Yunanıstan haqsız olduğu üçün dialoqdan qaçır”
“Yunanıstan NATO-nun vasitəçiliyi əsasında Türkiyə ilə danışığa razılıq vermədi və haqsız olduğunu bir daha sübut etdi”. Bu fikirləri Türkiyənin Xarici İşlər Vəziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlama verərkən səsləndirib.
O, hazırda Avropa birliginə başçılıq edən alman sədər-ə:zəmi Angela Merkelin, Alman Xarici İşlər Vəziri Hayko Maas və Avropa Birliyinin Xarici siyasət, Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borelin Şərqi Aralıq dənizindəki gərginliyi aradan qaldırmaq üçün xoşniyyətli cəhdlərinin də faydasız olduğunu vurğulayıb: “Anlaşılmayan mövzular yalnız danışıqlar yolu ilə anlaşılar, Yunanıstan haqsız olduğu üçün danışıqdan qaçır”.
M. Çavuşoğlu Yunanıstanı Türkiyə əleyhinə yönəldən ölkələrdən birinin Fransa olduğunu bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən “Biz heç bir şübhə etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” deyib.
Buna cavab olaraq Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib