Azərbaycan Demokrat Firqəsi-nin qurulmasının 75-ci ildönümü münasibətilə bəyanat
Azərbaycan Türk Milləti!
Media əməkdaşları!
Demokrat və azadxah qüvvələr!
1945-ci il sentyabr ayının 3-də Azərbaycan türk millətinin faşist və mürtəce şah rejiminə qarşı demokratik və mütərəqqi mübarizəsinin tarixində, acınacaqlı Yaxın Şərq bölgəsində “Seyid Cəfər Pişəvəri” öndərliyində və “Azərbaycan Demokrat Firqəsi” öncüllüyündə şanlı bir səhifə kimi Azərbaycanda milli və demokratik hökumətin əsası qoyuldu.
Məşrutə İnqilabının mütərəqqi irsi, faşist Pəhləvi rejimi və dini geriçiliyi ittifaqı nəticəsində məhv edildikdən sonra, Pəhləvi diktaturası, dini mürtəce dəstələrin dəstəyi ilə sosial siniflərə qarşı zülm etməyə başlamışdı. Həmin vəziyyəti müşahidə edən Azərbaycan ziyalıları və azadxah mabrizləri bir daha müasir cəmiyyət qurmaq və insan hüququ və azadlıqları müdafiə etmək uğrunda birlik və həmrəyliklə 3 sentyabr 1945-ci il tarixində “bütün sosial siniflərin insan hüquqları”-na diqqət yetirərək o dövrün ən mütərəqqi mübarizə nizamnamələrindən birini yazdılar.
Təəssüf ki, 3 sentyabr 1945-ci il tarixli 12 maddəlik nizamnamə əsasında qurulan İrandakı bütün məzlum millətlər arasında azadlıq üçün ümid yaradan Təbrizdəki Azərbaycan Milli Hökuməti, işğalçı şah ordusu tərəfindən devrilərək Azərbaycanda filizlənən demokratiya fidanını məhv etdi. Azərbaycan Türk mübarizlərinin qırğınından, edam edilməsindən və deportasiyasından sonra Pəhləvi zülmü və faşizmin qara bulud yenidən bir daha Azərbaycanın üzərinə çəkildi.
12 maddəlik nizamnamənin hazırlanmasından 75 il sonra, Azərbaycan Türk milləti, faşist “Pəhləvi” rejiminin süqutundan sonra da, zülm və faşizmi qırmaq, demokratiya və öz müqəddəratını təyinetmə hüququna nail olmaq üçün bir çox enişli yoxuşlu yollardan keçdi. Əvvəlki sistemi davam etdirən avtoritar və faşist “İslam Respublikası” sisteminin aradan qaldırılması uğrunda Azərbaycan övladlarının fədakarlığı və mübarizəsi hələ də davam edir.
Bu gün Cənubi Azərbaycan Milli Hərəkatı 3 sentyabr 1945-ci ildə başladılmış hərəkatın tarixi varisi olaraq demokratiya, öz müqəddəratını təyinetmə hüququ, insan azadlığı və mehriban qonşuluq və İrandakı məzlum xalqlarla birlik tələb etməklə mübarizələrini davam etdirir. İran İslam Respublikasının rejimi, Pəhləvi rejimi kimi, Azərbaycan Türklərinin insan və milli haqlarını müxtəlif faşist yollarla basdırsa da, “Azərbaycanda milli müqavimət” davam edir.
Bəziləri “müxalifət” adı və demokratiya şüarı ilə İranın gələcəyini “məzlum millətlərin qəyyumları” olaraq tək başına təyin etməyə çalışmaq və Pəhləvi rejiminin faşist hökumətini təmiz çıxarmaqla məşğuldurlar. Bu qrup hələ də Məzlum xalqların tələblərini yerinə yetirə bilmir, müasirlik çağında farsdilli media və insan haqları fəalları xəbərlərini, öz donuq və faşist fikirləri üzündən İslam Respublikası tərəfindən məzlum millətlərin repressiya və insan haqlarının pozuntularını boykot edirlər.
Məzlum millətlərin azadlılarını və insan haqlarını boğmaqda və repressiya etməkdə qanlı keçmişə sahib olan Pəhləvi və İslam Respublikasının mürtəce və faşist rejimlərinin zamanında, mərkəziyyətçi monarxist, solçu və sağçı müxalif qruplar hələ də məzlum xalqların milli hüquqlarına qarşı yanaşma tərzlərini dəyişmir və keçmişlərini tənqid etməkdən yayınırlar.
İranın gərgin və böhranlı daxili vəziyyətini nəzərə alaraq, həmçinin faşist və diktatura rejimlərinin gec vəya tez sonu gəldiyinə inanaraq, məzlum xalqların öz müqəddəratını təyinetmə istiqamətində irəlilədiyi kimi, Azərbaycan Milli Hərəkatının siyasi qrupları olaraq birlik, həmrəylik və demokratiya ruhuna və müasir “12 maddəlik nizamnamə“-nə söykənib, elan edirik ki, Azərbaycan Türklərinin milli taleyini təyin etmək haqqını əldə etmək üçün mübarizə aparmaqda israrlıyıq.
Biz, Azərbaycan Türk millətinin siyasi qüvvəsi olan Azərbaycan Milli Hərəkatının siyasi qrupları olaraq, 3 Sentyabrın 75-ci ildönümündə bildiririk ki, Azərbaycan Türk milləti öz taleyini təyin etmək üçün “siyasi qəyyum”-a ehtiyacı yoxdur və Azərbaycan Türk milləti və siyasi qrupları tam siyasi yetişkin durumda demokratik üsullar və qanuni özünümüdafiə hüququnu seçərək milli müqəddəratını təyinetmə hüququnu əldə etmə uğrunda mübarizə aparmağı seçmişdir.
Azərbaycanın ərazi bütövlüyü və milli və regional maraqları bizim qırmızı xəttimizdir və “3 sentyabr 1345-cü il tarixli Mütərəqqi nizamnamə” Azərbaycanda qanuni və milli hökumətin qurulmasına səbəb olduğu kimi, Azərbaycan siyasi qrupları arasındakı mövcud birlik və yaxınlaşmanın zülm və faşizmin aradan qaldırılmasında və Azərbaycan Türk millətinin müstəmləkəçilik qandallarından azad edilməsində çox vacib bir addım olduğunu düşünürük.
Əminik ki, İslam Respublikasının geriçi diktatorları, faşistləri və mərkəziyyətçi qeyri-demokratik müxalifət milli hərəkat təşkilatlarının birliyinə və həmrəyliyindən çox əsəblənir, lakin sabah azad və demokratik bir Azərbaycan qurmaq və milli taleyimizi təyin etmək üçün birlikdə çalışmağı seçirik.