Məhəmməd Siyaməkniya həbs və pul cəzasına məhkum edilib
Azərbaycanlı sənədli film istehsalçısı və rejissoru Məhəmməd Siyaməkniya 1 il həbs və 8 milyon pul cəzasına məhkum edilib.
Bu Azərbaycanlı sənədli film istehsalçısı və rejissor öz Twitter səhifəsində yazıb: “Həqiqət haqqında yazmaq və bir sənədli film istehsalçısı kimi borcum hesab etdiyim şeyə görə 1 il həbs və 8 milyon cərimə cəzasına məhkum edildim, bu da yaxşı keçmişim səbəbindən alternativ cəzaya çevrildi. Yəni 20 hüquq tələbəsi üçün 2 semestr (bir il) üçün sabit təhsil haqqı ödəməli oldum.
Cənab Siyaməkniya 24 Sentyabr 2022-də Təbrizdəki iş yerində polis tərəfindən həbs edilmiş və bir müddət sonra məhkəməyə qədər qirov qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılmışdır.
Məhəmməd Siyaməkniya qısametrajlı Türkcə “Ağacdələn” və “Dil” filmlərinin və sosial məzmunlu sənədli filmlərin rejissorudur.