Vətən uzaqda deyil. İsveçin azərbaycanlı deputatı Aida Kərimli ilə eksklüziv müsahibə
İsveçin əyalət parlamentinin azərbaycanlı deputatı Aida Kərimli siyasi fəaliyyəti və şəxsi həyatı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə eksklüziv müsahibə verib.
Müsahibə Komitə ilə İctimai TV-nin ortaq istehsalı olan, Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” diaspor proqramında yayımlanıb.
Qeyd edək ki, iki azərbaycanlı bacı – Aylin Fazelian və Aida Kərimli İsveçdə eyni vaxtda deputat seçiliblər.
“Vətən uzaqda deyil” proqramının həmin buraxılışını aşağıdakı linkdə izləmək olar.