Mahmud Bilgin: İran hakimiyyəti məhbusları “əfv sərəncamı” ilə demək istəyir ki, taktika dəyişdirmişəm
Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında gündəm məsələlərini dəyərləndirib. O, o cümlədən Xoy və Türkiyədə baş verən zəlzələlər, İran-Azərbaycan münasibətləri və hakimiyyətin “şəraitə uyğun olan” siyasi məhbuslar ilə bağlı əfv sərəncamı haqqında danışıb.
“Xoy zəlzələsində Azərbaycan Milli Hərəkatı bütün varlığı ilə ortada oldu. Türklər hər yerdə, özəlliklə Azərbaycan bölgəsində səfərbər olub və böyük bir birlik ortaya qoydular. Bu çox sevindirici idi ki, bizim millətin potensialı özünü göstərə bilir. Fikirləşin ki, Qaşqay türklərindən, Qəzvindən, hətta Kürdüstan vilayətinin türklərindən, Urmiyədən, Təbrizdən və başqa başqa şəhərlərdən yüzlərlə maşın yemək, yorğan və başqa məlzəmələri çatdırmağa başladılar,” Mahmud Bilgin söyləyir.
O, İran dövlətinin Xoy zəlzələsinə reaksiyasını tənqid edərək deyir ki, Xoy zəlzələsi bir daha bizə müstəmləkə şəraitində yaşadığımızı göstərdi.