Bu gün dünya uluslar arası Ana dili günüdür.
Bütün dünya xalqları öz doğma ana dili gününü bayram edirlər.
Çünkü onlar elmi, ədəbiyyatı, tarixi, dini, fizikanı, öz ana dillərində təhsil alaraq öyrənirlər və özlərini yaxşı tanıyırlar, tarixlərini bilirlər və artıq elmi araşdırmaq düşüncəsini beyinlərində daşıyırlar.
Amma biz necə?
Hansı ana dilimizin gününü bayram edək? Əriyib yox olmaqda olan ana dilimizi ki illərdir şovinist fars rejimləri, əridib yox etməkdə olduğu Ana dilimiz.
Televizor, radio vs… Vasitələrin şüur altı dilimizin danışıq tərzini 70 faiz Türkçəmiz farsca sözcuklərlə yer dəyişmişdir. Bu bir faciədir, qətliamdır .
Bir milləti yox etmək üçün öncə gərək onun ana dilini məhv etsinlər ki edirlər və bunu görməyən ya kordur yada Şüursuzdur.
Dilini qorumaq üçün mübarizə aparan millətin, mübarizəsinə, ölüm-qalım mübarizəsi demək daha doğru olar, çünkü dili ölən bir millət artıq ölü millət hesab olunur.
Biz Güney Azərbaycan Demokrat partiyası (GADP) olaraq Millətimizin dilini, kültürünü, tarixini yaşatmaq üçün və millətimizin rəfahı üçün durmadan mübarizə aparacağıq.
Güney Azərbaycan Demokrat partiyası.
21 fevral 2023