Ziyanın yarısından qayıtmaq da xeyirdir
Mahmud Bilgin: Bu yanaşma qəbuledilməz olduğu qədər Şirin Ebadi kimi insan haqları müdafiəçisi üçün utancvericidir
“Şirin Ebadini yaxından tanıyıram. BMT-nin Cenevrədə keçirilən toplantısında onunla yaxından tanış olmaq imkanı əldə etmişəm. O, çox təmiz Azərbaycan türkcəsində danışır. Nə yazıq ki, o, İrançı, farsçı düşüncəyə malikdir. O, insan haqları məsələsində fəaliyyətinə görə Nobel Sülh Mükafatı alıb. Biz də Ş.Ebadi bu mükafatı alanda ilk olaraq sevindik. Lakin onun mükafatı qəbul edərkən özünü ideoloji baxımından guya Haxamənişi (Əhəməni – N.A.) şahı, farsların tarixdə qondarma ümid dağları olan Kuruşun (II Kirin – N.A.) sülaləsindən olduğuna görə fəxr etdiyini dedi. Halbuki o, bir Azərbaycan türk qızı olduğu üçün fəxr etdiyini deməliydi. O, anamız Tomrisin bu işğalçı Kirin başını kəsdiyini bilməliydi. Görünür ki, bunu bilmirmiş və o, fikir baxımından hansı tərəfdə olduğunu nümayiş etdirdi”.