Güney Azərbaycanın Siyasi təşkilarlarının, Quzey Azərbaycanda başladılan anti terror hərəkatına dəstək bəyanatı
Güney Azərbaycanın Siyasi təşkilarlarının, Quzey Azərbaycanda başladılan anti terror hərəkatına dəstək bəyanatıArtıq üç ildir ki vətənimizin cənnət məkanı və ayrılmaz hissəsi olan Qarabağımız, erməni terrorçuları və onları himayə edən düşmənlərimizin işğalı və sömürgəsindən, Dövlətimizin uğurlu siyasəti və ordumuzun rəşadəti nəticəsində azad edilmişdir. Ancaq buna baxmayaraq işğalçı ermənilər və onların dəstəkçiləri öz terrorçu xislətlərindən əl çəkmədilər, terror və təxribatlarına davam etdilər.
Azərbaycan dövlətinən beynəlxalq normalara və insan haqlarına uyğun olaraq bu üç il ərzində Xankəndi ərazisində yaşayan ermənilərə humanist və humanitar davranışlarına baxmayaraq təssüf ki terrorçular çirkin əməllərindən əl çəkmədilər.
Bu gün Azərbaycan öz torpaqlarında və ərazisində barınan terrorçuları təmizləmək üçün anti terror əməliyyatına başlamışdır.
Biz, Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparan 4 təşkilat olaraq bəyan edirik ki hər an dövlətimiz və vətənimiz bu haqlı davasında, ordumuzun yanındayıq və dövlət başçımız sayın İlham Əliyevin uğurlu siyasətini tam dəstəkləyirik.
Son olaraq Tehrandaki Anti Azərbaycan qüvvələrə xəbərdarlıq edirik ki quzey Azərbaycan əleyhində hansısa əməllə girişmək 35 milyon Güney Azərbaycan və İran Türkünün qırmızı xəttidir və mütləq qarşılığını alacaqdır.
Azərbaycan Mərkəz Partiyası
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP
19/09/2023