admin
Posts by :
Səmanə və Mehdi Dadgər həbs, şallaq və pul cəzasına məhkum edilib
Son etirazların ilk günlərində həbs olunanlardan biri olan Səmanə Dadgər 5 il şərti həbs, 74 Şallaq və 4 ay həbs yerinə üç milyon tümən cəzaya və Mehdi Dadgər isə 23 ay həbs cəzasına məhkum edilib. Səmanə Dadgər Əbhar İnqilab Məhkəməsində “Ölkənin təhlükəsizliyinə zidd hərəkət etmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 il şərti […]
Təbrizli uşaq El Anaya adının Türkcə olduğuna görə kimlik vəsiqəsi verilmir
Doğulmasından 2 həftə keçməsinə baxmayaraq, Azərbaycanlı körpə El Anaya Türkcə ad seçilməsinə görə Təbrizin qeydiyyat idarəsi ona kimlik vəsiqəsi verməkdən imtina edir. “El Ana”nın atası Hamid Allahverdipur şəxsi İnstaqram səhifəsində bu adın qeydiyyata alınması üçün aidiyyatı qurumlara şikayət edəcəyini bildirib. Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. […]
Vətən uzaqda deyil. İsveçin azərbaycanlı deputatı Aida Kərimli ilə eksklüziv müsahibə
İsveçin əyalət parlamentinin azərbaycanlı deputatı Aida Kərimli siyasi fəaliyyəti və şəxsi həyatı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası olan Diaspor TV-yə eksklüziv müsahibə verib. Müsahibə Komitə ilə İctimai TV-nin ortaq istehsalı olan, Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” diaspor proqramında yayımlanıb. Qeyd edək ki, iki azərbaycanlı bacı – Aylin Fazelian və […]
Qaşqay fəal Salar Nəreyi Dərəşuri 5 il həbsə məhkum edilib
Noyabrın 20-də İsfahanda həbs edilən Qaşqay fəal Salar Nəreyi Dərəşuri qraffiti cinayətinə görə 5 il həbsə məhkum edilib. Ağır işgəncə edildiyinə görə bir gözünün görmə qabiliyyətinin itirildiyi deyilən bu fəal ailəsini ziyarət etməkdən və tibbi xidmət almaqdan məhrumdur. Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri […]
Məhəmməd Siyaməkniya həbs və pul cəzasına məhkum edilib
Azərbaycanlı sənədli film istehsalçısı və rejissoru Məhəmməd Siyaməkniya 1 il həbs və 8 milyon pul cəzasına məhkum edilib. Bu Azərbaycanlı sənədli film istehsalçısı və rejissor öz Twitter səhifəsində yazıb: “Həqiqət haqqında yazmaq və bir sənədli film istehsalçısı kimi borcum hesab etdiyim şeyə görə 1 il həbs və 8 milyon cərimə cəzasına məhkum edildim, bu da […]
Fərnaz Əlizadəyə qarşı təzyiq davam edir
Fərnaz Əlizadənin Təbrizdə həbsindən bir həftədən çox keçməsinə baxmayaraq, bu Türk qızın həbsi və ona qarşı işgəncələr davam edir. Fərnaz Əlizadə 19 dekabr 2022-ci il bazar ertəsi günü Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və Təbriz mərkəzi həbsxanasına köçürülmüşdü. Xanım Əlizadənin həbsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, işin müstəntiqi Fərnazın qirov qarşılığında sərbəst buraxılması […]
Eyni qətiyyət və uzaqgörənliklə Güney Azərbaycan problemi də həll ediləcək
Mahmud Bilgin: Cənab İlham Əliyev bu gün tək Quzey Azərbaycanın deyil, eyni zamanda Güney Azərbaycanın, bütövlükdə dünya azərbaycanlılarının lideri kimi inamlı addımlar atmaqdadır BAYRAQDAR MEDİA – “Bu gün cənab Prezident İlham Əliyevin doğum günüdür. Mən həm bir Güney Azərbaycanlı, həm də Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü olaraq cənab Prezidentimizi təbrik edir, ona can sağlığı və bundan sonra […]
Şəbistərli etirazçı Fərzad Təqəvi Bayat 3 il həbsə məhkum edilib
2022-ci ilin ümumi etirazları sırasında həbs olanlardan biri olan Şəbistərli vətəndaş “Fərzad Təqəvi Bayat” üç il həbs və iki il ölkədən çıxış qadağası ilə cəzalandırılıb. 2 Noyabr 2022-də, Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsinin hakimi “Davud Həmalbərmocərəd”in başçılıq etdiyi məhkəmə iclasında Fərzad Təqvi Bayat üç il həbsə və iki He ölkədən çıxış qadağası ilə cəzalandırılıb. Bu […]
Zöhrə Əli Əkbəri Cəmin Evin həbsxanasındakı sağlıq durumu narahatlıq yaradıb
Göz əməliyyatına (keratoplastika) ehtiyacı olan İncəsənət məzunu, Tərbiyət Müdərris Universitetinin həmkarlar ittifaqı şurasının keçmiş katibi Zöhrə Əli Əkbəri Cəmin ailəsi onun Evin həbsxanasında tibbi yardımdan məhrum olduğundan narahatlığını bildirib. Zöhrənin anası şəxsi İnstaqram səhifəsində yazıb: ” Zöhrə ən qısa zamanda göz əməliyyatı keçirməlidir və onun tibbi yardıma ehtiyacı var. Gəlin Zöhrənin səsi olaq” Zöhrə Əli […]
İran hakimiyyəti mütləq gedəcək! Mahmud Bilginlə GÜNEY gündəmi
Azərbaycanda və dünyada baş verən hadisələrin peşəkarcasına dəqiq təhlilini LAF TV-dən izləyin!
Azərbaycanlı vəkil Negin Kiyani 1 il həbs və ölkədən çıxışı qadağasına məhkum edilib
Doğu Azərbaycan Vəkillər Birliyinin üzvü vəkil Negin Kiyani rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə 1 il həbs, ölkədən çıxış qadağasına və mobil telefonunun müsadirə edilməsinə məhkum edilib Xanım Kiyani noyabrın 13-də qirov qarşılığında sərbəst buraxılıb və vəkil Məhəmməd Hadi Cəfərpur öz Twitter hesabında yazmışdı: “Nagin Kiyani bir neçə həftəlik həbsdən sonra ailəsinin qucağına geri qayıtdı”. […]
Mahmud Bilgin: “İranda artıq Güney Azərbaycan Cümhuriyyəti üçün bir zəmin yaranıb” – VİDEO
İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin “Yeni Müsavat” Media Qrupunun qonağı olub. Mahmud Bilgin əməkdaşımızla söhbətində İranda gedən proseslər, İranın gələcəyi, bu gələcəkdə Güney Azərbaycan Cümhuriyyətinin mümkünlüyündən söz açıb, Güney mühacirətinin, təşkilatlarının bir-birinə olan münasibətindən danışıb. Müsahibəni təqdim edirik: – Bakıya bu dəfəki gəlişinizin məqsədi nə idi, Mahmud bəy? – […]
Təbriz Universitetinin 3 öyrəncisi mitinqində iştiraklarına görə Universitetindən qovulub
Öyrənci mitinglərində iştirak etdiyinə görə fəlsəfə öyrəncisi “Nima Seraciyan Təbrizi”, bu universitetin elektrotexnika fakültəsinin öyrəncisi “Əli Keşvəri” və Təbriz Universitetinin material və metallurgiya fakültəsinin öyrəncisi “Arvin İbrahimi” Təbriz Universitetindən qovulub. Nima Seraciyan Təbrizi, Əli Keşvəri və Arvin İbrahimi 2022-ci il oktyabrda Təbriz Universitetində öyrənci mitinqləri ilə eyni vaxtda həbs edilmiş və bir müddət sonra sərbəst […]
Məhəmməd Rəcəbi Təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib
Məlikkəndi sakini Məhəmməd Rəcəbi 18 dekabr 2022-ci il bazar günü Binab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu vaxta qədər onun ittihamları və onun köçürülmə yeri barədə dəqiq məlumat yoxdur. Qeyd edək ki, son etiraz aksiyalarından sonra internet bağlantısı kəsildiyindən və təhlükəsizlik orqanlarının məhbusların ailələrinə məlumat verməmələri üçün təzyiqləri nəticəsində indiyə qədər saxlanılanların adları və […]
İranlı işçilərin minimum əmək haqqının dəyəri ayda 110 dollardan aşağı düşüb
“Bilirdinizmi…?” Məlumatlar əsasında İranwire-də dərc olunan yeni hesabatlar silsiləsinin adıdır. Bu hesabatlarda etibarlı daxili və xarici məlumat mərkəzlərindən və məlumat banklarından xam məlumatlar toplanır, təhlil edilir, hesablanır və müqayisə edilir və mətn və infoqrafikanın birləşməsi şəklində müxatiblərə təqdim olunur. Bu hesabatların məqsədi ətrafımızda baş verən hadisələrin aydın və oxunaqlı mənzərəsini ortaya qoymaqdır. *** İşçilər üçün […]
İlham Əliyevin çıxışı Güney Azərbaycanı ruhlandırdı
Mahmud Bilgin: Əgər Qərbin İranın gələcəyi ilə bağlı hansısa planı varsa, mütləq Güney Azərbaycan faktorunu nəzərə almalıdır BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı çox önəmli və tarixi bir çıxışdır. Mən bunu Azərbaycanın bütövləşməsi yolunda atılan mühüm addım kimi dəyərləndirirəm. Mən həm öz adımdan, həm də təmsil […]
Mahmud Bilgin: “Türklər İrandakı qiyamda öz varlıqlarını göstərir, etirazlara yön verirlər”
Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında təşkil olunan etiraz aksiyalarında səsləndirilən şüarları şərh edib. Mahmud Bilgin deyir ki, Təbriz, Kərəc və Qəzvin şəhərlərində Hədis Nəcəfi və Cavad Heydərinin qırxı münasibətilə təşkil olunan etirazlarda “türklər İrandakı qiyama öz möhrünü vurdular”. Kərəc və Qəzvin şəhərlərində yaşayan türk icmasına mənsub Hədis Nəcəfi və […]
“Azərbaycan biz güneylilərin ilham qaynağıdır”
İranda azadlıq, ədalət tələbi ilə etirazlar davam edir. Rejim etirazçılara, xüsusilə illərdir bütün hüquqlarından məhrum edilmiş milli hökumətinin qurulmasını istəyən cənublu soydaşlarımıza qarşı daha sərt, amansız davranır. Onlara qarşı edam hökmləri verilir, ağır işgəncələrə məruz qalırlar. İran təkcə orda yaşayan soydaşlarımıza qarşı deyil, elə Azərbaycan dövlətinin əleyhinə də bacardığını etməkdədir. Ölkəmizə dil uzadır, müxtəlif təxribatlara […]
BAO təşkilatçılığı ilə II BÜTÖV AZƏRBAYCAN FORUMU keçirildi
Bakıda Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə II BÜTÖV AZƏRBAYCAN FORUMU keçirildi. 17.12.2022-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Astoria Bakı” otelinin konfrans salonunda II “Bütöv Azərbaycan Forumu”keçirildi. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Güneyli-Quzeyli Bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır. İlk öncə Bütöv Azərbaycan Ocaqlarının başqanı […]
Güney azərbaycanlı partiya sədri: Biz azadlıq istəyirik
Hazırda İranda böyük çalxanmalar var. Bu ölkədə demokratiya yoxdur. Əhali yeni həyat istədiyi üçün ayaqdadır. Əhalinin 86 faizi hazırkı hakimiyyəti istəmir. İranın iqtisadiyyatda qarşılaşdığı böyük sıxıntılar, həmçinin rejimə qarşı etirazlar bu ölkəni parçalayacaq. AZƏRTAC xəbər verir ki, bu sözləri Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin Bütöv Azərbaycan Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Cənubi […]