Təbrizli uşaq El Anaya adının Türkcə olduğuna görə kimlik vəsiqəsi verilmir
Doğulmasından 2 həftə keçməsinə baxmayaraq, Azərbaycanlı körpə El Anaya Türkcə ad seçilməsinə görə Təbrizin qeydiyyat idarəsi ona kimlik vəsiqəsi verməkdən imtina edir. “El Ana”nın atası Hamid Allahverdipur şəxsi İnstaqram səhifəsində bu adın qeydiyyata alınması üçün aidiyyatı qurumlara şikayət edəcəyini bildirib. Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. […]